Putinlə Ərdoğan yalnız bu məsələdə razılığa gələ bilməyib

4-10-2021, 13:39

“Rusiya prezidenti Vladimir Putin və türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan Soçi görüşündə bir çox məsələdə razılığa gəlib”.

ASmedia.az xəbər verir ki, bunu Kremlin ideoloqu, politoloq Aleksandr Duqin deyib. O bilidirib ki, tərəflər Qafqaz bölgəsində, Suriyada, Liviyada, Krımda və digər bölgələrdə baş verən son vəziyyəti müzakirə ediblər. Liderlər bir-birilərinə öz mövqeləri ilə bağlı “qırmızı xətti” deyiblər. Duqin iddia edib ki, tərəflərin fikir ayrılığı yaşadığı tək məsələ Krımla bağlıdır. Politoloqun sözlərinə görə, liderlər gələcəklə bağlı siyasu kurslarını bölüşüblər.
O bəyan edib ki, görüşün nəticələri ilə bağlı detallar açıqlanmasa da, yaxın günlərdə ölkələr atacağı addımlarla bunu nümayiş etdirəcəklər


İstifadəçi paneli