Oxşar xəbərlər
Avropa Şurasının Prezidenti Şarl Mişel Gürcüstanı bələdiyyə seçkisinin birinci turundan sonra struktur reformlarına qayıtmağa çağırıb.
ASmedia.az xəbər verir ki, Mişel bu sözləri öz Tvitter səhifəsində paylaşıb.
“Mən yerli seçkinin birinci turunda səs verən bütün gürcülərə minnətdaram. İndi ölkə 19 aprel razılaşmasında qeyd olunan, xüsusilə, məhkəmə sistemi sahəsində dərin struktur reformlarına qayıtmalıdır”, – deyə o bildirib.