Bayden: Üstünlüyümüzü itirə bilərik

6-10-2021, 09:34

Əgər miqyaslı investisiya həyata keçirməsək, ABŞ dünyada iqtisadi üstünlüyünü itirmək riski ilə üz-üzə qalacaq.

ASmedia.az xəbər verir ki, bunu ABŞ Prezidenti Cozef Bayden deyib.

“Biz qırılma anındayıq. Amerika tarixində hər 40-80 ildə qırılma anı olur. Hansı istiqamətdə gedəcəyimizi müəyyən etməliyik. Uzun müddət ərzində Amerika bütün dünyaya temp verib. XX əsrin böyük hissəsində biz bütün dünyada, o cümlədən özümüzə investisiya sahəsində liderlik etmişik. Lakin sonradan nəsə oldu. Biz zəiflədik, özümüzə investisiyanı dayandırdıq. Amerika hələ də dünyanın ən böyük iqtisadiyyatıdır. Lakin ölkə kimi öz üstünlüyümüzü itirmək riski ilə üz-üzəyik”, - Bayden bildirib.


İstifadəçi paneli