Oxşar xəbərlər
Rusiyada xalqın prezident Vladimir Putinə etimadı son 9 ildə ən aşağı səviyyəyə düşüb.
ASmedia.az xəbər verir ki, araşdırmalara görə, xalqın 53 faizi Putinə etimad göstərir.Son 9 ildə bu göstərici 55-dən aşağı olmamışdı. “Levada Center” şirkətinin araşdırmalarına görə, xalq ilk dəfə orduya Putindən daha çox güvənir. Bununla belə, orduya güvənənlərin də sayı əvvəlki illərlə müqayisədə 8 faiz azalaraq, 61-ə enib.
Ümumiyyətlə son araşdırmalar göstərir ki, rusların hökumətə, dövlətə və orduya qarşı etimadı azalıb.