Hindistan daxili işlər nazirinin oğlu saxlanıldı

10-10-2021, 09:51

Hindistanda fermerlerin etiraz aksiyasında 8 nəfərin ölümündə təqsirləndirilən Hindistanın daxili işlər nazirinin oğlu Aşiş Mişra saxlanılıb.

ASmedia.az xəbər verir ki, bu barədə polis məmuru Upendra Aqarval məlumat yayıb.

Onun sözlərinə görə, Mişra 8 fermerin ölümünə səbəb olan üç maşının heç birində olmadığını sübut edəcək sübut təqdim etmədiyi üçün bir gün davam edən sorğudan sonra saxlanılıb.


İstifadəçi paneli