ABŞ-da təyyarə evin üzərinə düşdü

12-10-2021, 09:47

ABŞ-ın Kaliforniya ştatının Santi şəhərində məktəb düşərgəsinin yaxınlığındakı ərazidə yüngülmotorlu təyyarə qəzaya uğrayıb.

ASmedia.az xəbər verir ki, bu barədə NBC məlumat yayıb.

Təyyarənin yaşayış evinin üzərinə düşdüyü bildirilib. Qəzadan sonra iki binada yanğın başlayıb. Hadisə yerinə yanğınsöndürənlər və xilasedicilər cəlb edilib.

İnsident zamanı ölən, yaxud xəsarət alanlarla bağlı hər hansı məlumat verilmir.


İstifadəçi paneli