Oxşar xəbərlər
Çin avqust ayında nüvə başlığı daşıya bilən hipersəsli raketi sınaqdan keçirib. Pekinin bu addımı ABŞ kəşfiyyatını şoka salıb.
ASmedia.az xəbər verir ki, bu barədə “Faynənşl Tayms” qəzeti məlumat yayıb.
Qəzetə məlumat verən mənbənin sözlərinə görə, raket hədəfə çatmayıb:
“Lakin sınaq göstərdi ki, Çin hipersəsli silahların hazırlanmasında heyrətamiz irəliləyişlər əldə edib və amerikalıların düşündüyündən qat-qat üstündür. Başa düşmürük, onlar bunu necə etdilər”.