İran Qarabağa yükdaşımaları qadağan etdi

20-10-2021, 16:30

İran yük maşınlarının Laçın dəhlizi və Qarabağa girişinə qadağa qoyub.

ASmedia.az xəbər verir ki, bu barədə “Mehr” agentliyi məlumat yayıb.

Məlumata görə, İranın Yol və Nəqliyyat Təşkilatının yükdaşıma şirkətlərinə göndərdiyi bildirişdə vurğulanır ki, Qarabağ bölgəsi ilə hər hansı bir ticarət müqaviləsinin imzalanması və nəqliyyat şirkətləri tərəfindən yükdaşıma sənədlərinin hazırlanması qadağandır.


İstifadəçi paneli