Oxşar xəbərlər
Türkiyə olaraq dost ölkə Nigeriyada yaşananları yaxından izləyir, Nigeriya ilə hərbi müdafiə əməkdaşlığımızı gücləndiririk.
ASmedia.az xəbər verir ki, bunu Nigeriyada səfərdə olan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
“Müdafiə sənayesi və təhlükəsizlik sahələrindəki imkanlarımızı Nigeriya ilə bölüşməyə hazırıq. Türkiyədə uzun illər PKK, FETÖ, İŞİD kimi terror təşkilatları ilə mübarizə apardı.
FETÖ-nun Nigeriyadakı qanunsuz fəaliyyətləri ilə bağlı Nigeriya hakimiyyəti ilə lazımi məlumatları paylaşmağa davam edirik”, - deyə Ərdoğan bildirib.
Qeyd edək ki, bu gün Türkiyə ilə Nigeriya arasında enerji, müdafiə sənayesi, mədənçilik və karbohidrogen istismarı sahələrində müqavilələr imzalanıb.