Oxşar xəbərlər
Belçikanın Qrimbergen şəhərində meyvə-tərəvəz satıcısı maraqlı hadisə ilə qarşılaşıb.
ASmedia.az-ın xəbərinə görə, onun bu səhər ənənəvi olaraq topdansatış mərkəzindən aldığı 10 qutu bananın içərisindən narkotik çıxıb.
Satıcı dərhal polisə məlumat verib. Əraziyə girişi məhdudlaşdıran polis digər qutuları da açıb. 7 qutuda narkotik maddə aşkar edilib. Polis qutuları müsadirə edib, satıcı isə şifahi sorğu-sualdan sonra sərbəst buraxılıb.
İstintaqın verdiyi məlumata görə, bananlar Kolumbiyadan gəlib. Məlum olmayan səbəblərdən ünvan səhv düşüb və böyük partiya narkotik vasitə ələ keçib.