Bayden və Cinpin görüşəcək

12-11-2021, 09:19

ABŞ prezidenti Co Bayden və Çin sədri Si Cinpin arasında uzun zamandır gözlənilən görüş noyabr ayının 15-də baş tutacaq.

ASmedia.az xəbər verir ki, bu barədə ABŞ mediası məlumat yayıb. Bildirilir ki, görüş onlayn olacaq. Detallar barədə məlumat verilmir.

Qeyd edək ki, ötən gün ABŞ və Çin iqlim dəyişikliyi ilə mübarizə məqsədilə əməkdaşlığı gücləndirmək barədə razılığa gəldiklərini açıqlamışdı.
Razılaşmaya görə, tərəflər qarşıdakı 5 il ərzində kömürdən istifadəni azaldacaq. 2035-ci ilə qədər isə ABŞ və Çin havanın çirklənməsini azaltmaq məqsədilə tamamilə elektrikdən istifadə etməyi planlaşdırır.


İstifadəçi paneli