Ağacların budaqlarına toxunan helikopter qəzaya uğradı

12-11-2021, 10:47

Rusiyanın Krasnoyarsk diyarında “Mi-8” helikopteri sərt eniş edib.

Hadisə vaxtı vertolyotun göyərtəsində üç ekipaj üzvü olub.

Onların yüngül xəsarət aldıqları bildirilir.

Hadisə yerinə təcili tibbi yardım xidmətinin briqadaları və hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib.

Verilən ilkin rəsmi məlumata əsasən, qəza “Mi-8” helikopterinin ağacların yuxarı hissəsinə toxunmasından sonra baş verib.


İstifadəçi paneli