Paşinyanın mühafizəçisinin evinə qumbara atılıb

13-11-2021, 16:14

Bu gecə Ermənistanın Kotayk rayonunda bir evə qumbara atılıb.
 
Ev sahibinin oğullarından biri Baş nazir Nikol Paşinyanın mühafizəçilərindəndir.
 
Yerli mətbuatın yazdığına görə, hadisə nəticəsində evin pəncərələrinin şüşələri sınıb.
 
Hazırda faktla bağlı araşdırma aparılır.


İstifadəçi paneli