Türk PUA-ları məsələsi həll edilməlidir - Yunan general

14-11-2021, 10:30

Hesab edirəm ki, Türkiyə PUA-ları və onların casusluq fəaliyyətləri ilə mübarizə məsələsinə üstünlük verilməlidir.

ASmedia.az xəbər verir ki, bunu Yunanıstanın ehtiyatda olan general-leytenantı Lambros Tzoumis deyib.

"Bizi narahat edən türk PUA-ları məsələsi həll edilməlidir. Ölkəmiz üçün ən böyük problem, istifadə etdiyi silah sistemlərinin 70-75 faizinin yerli istehsal olduğu Türkiyə ilə yanaşı, Yunanıstanın müdafiə sənayesinin çox parlaq vəziyyətdə olmamasıdır", - deyə o bildirib.


İstifadəçi paneli