Oxşar xəbərlər
Belarus-Polşa sərhədində miqrasiya böhranı Rusiyanın iştirakı ilə silahlı münaqişəyə çevrilə bilər.
ASmedia.az xəbər verir ki, bu barədə “Blumberq” məlumat yayıb.
Qeyd olunur ki, sərhəddə olan Belarus və Polşa əsgərləri artıq xəbərdarlıq atəşi açıblar. Ancaq bu gərgin vəziyyətdə istər qəsdən, istərsə də səhvən açılan atəş müharibəyə səbəb ola bilər.
Bildirilir ki, Polşa və Belarus sərhədçiləri arasında atışma baş verərsə, münaqişə tərəfləri yardım üçün müttəfiqlərinə müraciət edə bilərlər - Belarus Rusiyanın, Polşa isə NATO-nun müqavilə öhdəliklərini aktivləşdirəcək.