Ərdoğan: “Türkiyədə növbədənkənar prezident seçkiləri keçirilməyəcək”

23-11-2021, 14:37

“Türkiyədə növbədənkənar prezident seçkiləri olmayacaq”.
 
Bunu ölkə Prezidenti Rəcəb Tayyib Ərdoğan sədri olduğu Ədalət və İnkişaf Partiyasının əyalət təşkilatları sədrlərinin genişləndirilmiş toplantısında bildirib.
 
“Növbəti seçkilər 2023-cü il iyun ayında keçiriləcək”, - o vurğulayıb.
 
Qeyd edək ki, Türkiyə müxalifəti növbədənkənar prezident seçkilərinin keçirilməsini tələb edir. R.T.Ərdoğan əvvəllər də bir neçə dəfə ölkədə növbədənkənar seçkilərin olmayacağını bəyan edib.


İstifadəçi paneli