Daxili Qoşunların komandanı saxlanıldı

21-12-2021, 19:19

Qırğızıstan Daxili Qoşunlarının komandanı İslambek Kenjekulov xüsusilə külli miqdarda əmlakın mənimsənilməsində və vəzifə səlahiyyətlərindən sui-istifadədə şübhəli bilinərək saxlanılıb.
 

Bu barədə Baş Prokurorluğundakı mənbəyə istinadən məlumat yayıb.
 
“Kenjekulov Daxili Qoşunlarda büdcə vəsaitləri ilə bağlı maliyyə maxinasiyaları işi üzrə aparılan istintaq çərçivəsində saxlanılıb”, - deyə məlumatda qeyd olunub.
 
Mənbə bildirib ki, yaxın vaxtlarda məhkəmə komandan barəsində həbs-qətimkan tədbirinin seçilməsi məsələsinə baxacaq.


İstifadəçi paneli