“Rusiya və Türkiyə ilə razılaşdıq” - İrandan açıqlama

22-12-2021, 15:14

Rusiya, İran və Türkiyə 2022-ci ilin fevral-mart aylarında Tehranda Astana formatında görüş keçirmək barədə razılığa gəliblər.
 
Bunu İran xarici işlər nazirinin müşaviri Əli Əsgər Hacı deyib.
 
“Belə bir görüş planlaşdırılır. Onu gələn ilin əvvəlində keçirməyə hazırlaşırıq”, - diplomat qeyd edib.
 
Bununla belə, o, yekun qərarın koronavirus pandemiyası ilə bağlı vəziyyətdən asılı olacağını vurğulayıb:
 
“Amma ümumilikdə görüşün keçirilməsinə razılaşmışıq. Çox güman ki, fevral və ya martda biz bu görüşü keçirə biləcəyik”.


İstifadəçi paneli