Su bəndləri dağıldı, şəhərləri sel basdı

28-12-2021, 13:55

Braziliyanın şimal-şərq bölgələrində bir neçə gündür davam edən şiddətli yağışlar ciddi fəsadlara yol açıb.

Şiddətli yağışlar nəticəsində iki su bəndi dağılıb. 18 nəfər həyatını itirib. Təbii fəlakət Bahia əyalətində yerləşən 19 şəhərdə selə səbəb olub.

Bəndlərin dağılmasından sonra rəsmi dairələr əhaliyə evlərini tərk edib təhlükəsiz yerə köçmək barədə xəbərdarlıq edib. İnsanların xilas edilməsi üçün axtarış işləri davam edir. Təbii fəlakətdən 500 minə yaxın sakin zərər çəkib.


İstifadəçi paneli