NATO Ukraynaya ağır silahlar verməyə hazırlaşır

7-04-2022, 11:39

Bu gün NATO-nun xarici işlər nazirləri Ukraynaya əlavə ağır silahların tədarükü məsələsini müzakirə edəcək.

ASmedia.az xəbər verir ki, bunu nazirlərin görüşündən əvvəl NATO-nun Baş katibi Yens Stoltenberq deyib.

“Ukraynaya dəstəyi davam etdirməyə ehtiyac var. NATO xarici işlər nazirləri ilə görüşümüzdə Ukraynaya daha çox hava hücumundan müdafiə sistemləri, tank əleyhinə silahlar, yüngül, həm də ağır silahlar və bir çox digər dəstək növlərinə ehtiyacı müzakirə edəcəyik”.


İstifadəçi paneli