Dünyaca məşhur aktrisaya bağışlanan yaşıl zinyət əşyasının dəyəri 5-10 milyon dollar civarındadır
Müğənni və aktrisa Cennifer Lopes aktyor və rejissor Ben Affleklə qarşıdakı toy mərasimi barədə söz- söhbətləri rəsmən təsdiq edib.
Mümkün nişan haqqında şayiələr ötən həftə paparatsilərin dünyaca məşhurun barmağında brilliant üzüyə diqqət çəkdiyindən sonra meydana çıxıb.
ASmedia.az xəbər verir ki, bu barədə "Page Six" nəşri məlumat verib.
Ben Afflek və Cennifer Lopes ilk nişanın pozulmasından keçən 20 ildən sonra toya hazırlaşdıqlarını təsdiq edib.
49 yaşlı aktyor təkrarçılığa yol verməmək üçün öz 52 yaşlı sevgilisinə əvvəlki üzüyə bənzəməyən 8, 5 karatlı yaşıl rəngli modifikasiya olunmuş brilliant üzük bağışlayıb.
Zinyət əşyasının müəllifi, Beverly Hills Diamonds- dan olan zərgər İlan Portuqali cütlüyü sosial şəbəkələrdə özünün səhifəsində şəxsən təbrik edib.
"Əgər bu, həqiqətən yaşıl brilliantdırsa, mən heyrət içindəyəm, - Diamond Pro- nun baş direktoru Mayk Frid deyib. - Bu ölçüdə yaşıl brilliant nadir hallarda olur və birmənalı olaraq əvvəlki nişan üzüyünü kölgədə qoyacaq. Mən yeni zinyət əşyasını 5 milyon dollardan çox dəyərləndirərdim, lakin onun dəyəri 10 milyon dollardan da çox ola bilər.
"Mən həmişə deyirəm ki, yaşıl rəng mənim xoşbəxtlik rəngimdir", - Cey Lo bu yaxınlarda öz bloqunda yazıb. O, həmçinin sevgilisi ilə münasibətlərinin yeni mərhələsindən açıq danışıb.
"Bu, heç də bir neçə illər öncə baş verənlərə bənzəmir. Biz bir- birimizi daha çox dəyərləndiririk. İkinci dəfə sevdiyin insanın yanında olmaq şansı nadir imkandır. Və biz bunu belə qəbul edirik".
Xatırladaq ki, cütlüyün ilk nişanı 2002- ci ilin noyabrında baş tutub. Ben Afflek Cennifer Lopesə evlilik təklif edib, ona Harry Winston- dan
6, 1 karatlı çəhrayı rəngli brilliant üzük bağışlayıb.
Ekspertlər güman edir ki, o zaman 1, 5 milyon dollara alınan zinyət əşyasının qiyməti 20 il ərzində nadir çəhrayı brillliantın çıxarılması üzrə yeganə mədənin 2020- ci ildə bağlanması səbəbindən arta bilərdi.
Əgər onların dəyərləndirməsi doğrudursa, ilk "Bennifer" nişan üzüyünün qiyməti hazırda 11 milyon dollar təşkil edə bilər.