Ukraynanın XİN rəhbəri: “Almaniya və Fransanın buraxdığı səhvin əvəzini ödəyirik”

11-04-2022, 10:59

“Ukrayna bu gün Almaniya və Fransanın buraxdığı səhvin əvəzini ödəyir”.
 
Bu açıqlama ilə Ukraynanın xarici işlər naziri Dmitri Kuleba çıxış edib.
 
Nazir qeyd edib ki, bu ölkələr 2008-ci ildə Ukraynanın NATO-ya üzv olmasına imkan verməməklə strateji səhvə yol veriblər.
 
“Əgər biz NATO-nun üzvü olsaydıq, bu müharibə baş verməzdi” - Dmitri Kuleba fikrini tamamlayıb.


İstifadəçi paneli