İrəvan mərkəzində yerləşən Fransa meydanında bir neçə gün öncə separatçıların “artsax” əski parşası qaldırılır. Bu hadisədən bir neçə saat sonra “Sasna Çrer” partiyasının fəalları nərdivanla dirəyə dırmanıb rəngli boya ilə əski parçasındakı ağ sımvolları pozaraq Ermənistan bayrağı düzəltməyə cəhd edir. Sonradan əski parçasını oraya quraşdıranlar gələrək səs-küy qaldırmağa başlayır. Tərəflər arasında əlbəyaxa dava başlayır, insidentə polis qarışır.
ASmedia.az xəbər verir ki, insident barədə erməni siyasi şərhçisi Samvel Ohanesan danışıb.
“İnsident zamanı “artsax bayrağını” rəngləyənlər belə bir anlayışın olmadığının və artıq “artsax”ı da, onun “bayrağını” da ununtmaq lazım olduğunu bildiriblər. Görün nə hala gəldik ki, artıq İrəvan mərkəzində elə ermənilərin özü belə bir hərəkət edir. Demək ki, biz özümüz-özlüyümüzdə anlayırıq ki, Qarabağ heç vaxt bizim olmayıb. Bəs onda biz Azərbaycandan nə istəyirik?” - deyə o qeyd edib.