Çin gəmiləri Yaponiya ərazisinə daxil oldu

13-04-2022, 15:30

Çinin Sahil Mühafizə Xidmətinə məxsus 4 gəmi mübahisəli Senkaku adaları sahillərində Yaponiya ərazisinə daxil olub.

ASmedia.az xəbər verir ki, bu barədə Yaponiya mənbələri məlumat yayıb. Məlumata görə, Çin gəmiləri 2 saat ərazidə qalıb. Yaponiya Sahil Mühafizə Xidmətinin xəbərdarlığından sonra çinlilər bölgədən uzaqlaşıb.

Qeyd edək ki, hazırda bölgədə Yaponiya və ABŞ orduları birgə hərbi təlimlər keçirir.


İstifadəçi paneli