Zelenski: 500 min ukraynalı zorla Rusiyaya köçürülüb

13-04-2022, 17:10

Hazırda 500 mindən çox ukraynalı rus hərbçiləri tərəfindən Rusiya ərazisinə zorla köçürülüb.

ASmedia.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski deyib.

O bildirib ki, onlar deportasiya olunmuş ukraynalıları Rusiyanın ucqar rayonlarına aparmağa, sənədlərindən məhrum etməyə, şəxsi əşyalarını, xüsusən də mobil telefonlarını götürməyə çalışırlar:
“Uşaqlar valideynlərindən ayrılıb və onları qanunsuz yolla rus ailələrə övladlığa vermək istəyirlər”.


İstifadəçi paneli