AB: Ukrayna bu iki kriteriyaya cavab versə...

15-04-2022, 10:00

Ukraynanın Avropa Birliyinə (AB) üzvlük məsələsini qiymətləndirərkən, Avrokomissiya bu ölkənin iki əsas kriteriyaya cavab verib-vermədiyini müəyyən edir.
ASmedia.az xəbər verir ki, bu sözləri AB-nin Ukraynadakı səfiri Matti Maasikas deyib.

“Avropa Komissiyası üzv dövlətlərin tələbi ilə öz rəyinin təhlili üzərində işə başlayıb. Bu iş Ukraynanın AB üzvlüyünün iki əsas meyarına cavab verib-verməməsinə yönəlib: funksiyada olan demokratiya və işləyən bazar iqtisadiyyatı", - o deyib.

Diplomatın sözlərinə görə, Avropa Komissiyası qiymətləndirməni iyun ayına qədər başa çatdırmaq niyyətindədir.


İstifadəçi paneli