Rusiyaya casusluq edən həkim HƏBS OLUNDU

15-08-2022, 12:59

Ukraynada Rusiyanın xüsusi xidmət orqanlarına casusluq edən şəxs ifşa olunub.
 
ASmedia.az xəbər verir ki, bu barədə ölkənin Təhlükəsizlik Xidməti məlumat yayıb.
 
Bildirilib ki, saxlanılan şəxs Odessa vilayətində həkim vəzifəsində fəaliyyət göstərib. Onun Ukrayna Silahlı Qüvvələrinin mövqeləri və hərbi obyektləri barədə Rusiyaya məlumat ötürdüyü müəyyən edilib.
 
Saxlanılan şəxs barəsində dövlətə xəyanət maddəsi ilə cinayət işi açılıb, məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib. Hazırda faktla əlaqədar araşdırma aparılır.


İstifadəçi paneli