BMT-nin baş katibi yenidən Ukraynadadır, Zelenski və Ərdoğanla danışıqlar aparır, toplar hələ ki, susur...

18-08-2022, 12:34

BMT-nin baş katibi Antoniu Quterriş Ukraynaya gəlib.
ASmedia.az xəbər verir ki, bu barədə onun mətbuat katibi məlumat yayıb və baş katibin hazırda Lvovda olduğunu bildirib.
 
Sabah Quterriş Ukrayna prezidenti Vladimir Zelenski və Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanla görüşəcək.
 
Gözlənilir ki, Zaporojye AES-dəki vəziyyət və ukraynalı hərbi əsirlərin Donetsk yaxınlığındakı Yelenovka qəsəbəsində həlak olması müzakirə ediləcək.
 
Lvovdan sonra Quterriş Ukrayna taxılının BMT-nin vasitəçiliyi ilə bağlanan saziş çərçivəsində xaricə çıxarılan limanlardan biri olan Odessaya yollanacaq.
 
Aprelin sonunda Ukraynaya ötən səfəri zamanı Quterrişin Kiyevi ziyarəti zamanı rusiyalı hərbçilər şəhəri atəşə tutub.
 


İstifadəçi paneli