Raisi: "İran yerli sərnişin təyyarəsi yaratmağın bir addımlığındadır"

23-08-2022, 09:19

İran Müdafiə Nazirliyinin mütəxəssisləri ilk yerli sərnişin təyyarəsinin yaradılması yolunda son mərhələyə çatıblar.
Bunu İran prezidenti İbrahim Rəisi deyib.
 
“Müdafiə Nazirliyinin mütəxəssisləri yerli sərnişin təyyarəsi  yaratmağın bir addımlığındadır. Onlardan nəticə əldə olunana qədər eyni şövqlə bu yolu davam etdirmələrini xahiş etdim”, - deyə Rəisi bildirib.
 
 40 ildən artıqdır ki, İranın hava donanması xaricdən alınan sərnişin təyyarələrindən ibarətdir. İranda istismar edilən əsas təyyarələr "Airbus", Amerikanın "McDonnell Douglas", Hollandiyanın "Fokker" və "British Aerospace" təyyarələridir.
 
Son zamanlar Qərbin sanksiya təzyiqləri səbəbindən İran hakimiyyəti yerli istehsalın, o cümlədən təyyarə sənayesinin inkişafı üzərində işləyir.


İstifadəçi paneli