Kurskda dəmiryol xətti partladıldı

25-08-2022, 13:54

Naməlum şəxslər Kursk vilayətində dəmir yolunu partladıblar.
ASmedia.az xəbər verir ki, bu barədə Baza Teleqram kanalı məlumat yayıb.

Məlumata görə, relslərin partladılması avqustun 24-də səhər saatlarında dəmiryol işçisi tərəfindən aşkar edilib.
Bildirilib ki, dəmiryol xətti kustar üsulla düzəldilmiş 400 qram çəkisində olan partlayıcı maddə ilə partladılıb.
Partlayışın baş verdiyi sahədə qatarların hərəkəti dayandırılmayıb.


İstifadəçi paneli