Rusiya bu istiqamətlərdə qüvvələrini artırır

27-08-2022, 12:06

Rusiya qüvvələrini Volınsk və Polesye istiqamətlərində cəmləşdirməyə davam edir.
ASmedia.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

“Seversk istiqamətində ruslar Ukrayna Müdafiə Qüvvələrinin bölmələrinin hərəkətlərini məhdudlaşdırmaq məqsədilə Bryansk və Kursk vilayətlərinin sərhədyanı rayonlarında Qərb Hərbi Dairəsinin ayrı-ayrı bölmələrini saxlamaqda davam edir”, - məlumatda qeyd olunub.


İstifadəçi paneli