Rusiyanın Ukraynadakı itkilərinin sayı açıqlanıb

2-09-2022, 10:58

“Ukraynada Rusiya ordusunun daha 350-dən çox hərbçisi məhv edilib”.
Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
 
Qeyd olunub ki, bununla da müharibə başlayandan bəri Rusiyanın canlı qüvvə itkilərinin sayı 48 700-ü ötüb.
 
Bildirilib ki, Rusiyanın digər döyüş itkiləri 2 009 tank, 4 366 zirehli döyüş maşını, 1126 artilleriya sistemi, 289 reaktiv yaylım atəşi sistemi, 153 hava hücumundan müdafiə sistemi, 234 təyyarə, 205 helikopter, 853 PUA, 198 qanadlı raket, 15 gəmi, 3 247 avtomobil texnikası və avtosistern, 105 xüsusi texnikadan ibarətdir.


İstifadəçi paneli