Rusiya Rumıniya diplomatını ölkədən qovdu

8-09-2022, 16:01

Rusiya Rumıniya səfirliyinin əməkdaşını persona non qrata elan edib.
ASmedia.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
“Sentyabrın 8-də Rumıniyanın Rusiyadakı müvəqqəti işlər vəkili Konstantin İoniçe Rusiya Xarici İşlər Nazirliyinə dəvət olunub və ona Rumıniyanın Moskvadakı səfirliyinin əməkdaşının persona non-qrata elan edilməsinə dair nota təqdim edilib”, - məlumatda deyilib.
Nazirlikdən bildirilib ki, bu addım Rumıniyanın ötən ay Rusiya səfirliyinin əməkdaşını ölkədən qovmasına cavab olaraq atılıb.


İstifadəçi paneli