Zelenski: Moravetski ilə razılaşdıq ki, bunu həll edək

10-09-2022, 10:39

Ukrayna Prezidenti Vladimir Zelenski Polşa Baş naziri Mateuş Moravetski ilə görüşüb.
ASmedia.az
xəbər verir ki, bu barədə Zelenski özü məlumat yayıb.
“Biz AB ölkələri ilə ikitərəfli əməkdaşlığımızdan danışdıq. Xüsusilə, bu, sərhədimizdə prosedurların sadələşdirilməsinə aiddir. Biz vətəndaşlarımıza və şirkətlərimizə hələ də əngəl olan maneələri mütləq aradan qaldırmalıyıq. Avropanın azadlığını birlikdə müdafiə edən xalqlar mümkün qədər yaxın olmalıdırlar.
Məlumdur ki, Ukrayna-Polşa sərhədində müəyyən çətinliklər, növbələr var. Polşanın baş naziri ilə bunu müzakirə etdim. Biz bu problemi necə həll etmək barədə razılığa gəldik”, - prezident bildirib.


İstifadəçi paneli