Rusiya Luqanskda 400 hərbçi itirdi - Qayday

10-09-2022, 12:33

Kremennayadakı partlayışlar nəticəsində Rusiya qüvvələri 400-ə qədər şəxsi heyətini və 100-ə yaxın ağır texnikasını itirib.
ASmedia.az xəbər verir ki, bu barədə Luqansk vilayət hərbi administrasiyasının rəhbəri Sergey Qayday məlumat verib.
"Partlayışlar Kremennaya, "Bavovna”da bir neçə yerdə - komanda məntəqələrində, kazarmalarda, texnikanın təmiri və saxlanması üçün bazalarda və başqa istiqamətlərə köçürülən texnikanın yığıldığı məkanlarda baş verib", - Qayday bildirib.


İstifadəçi paneli