Gürcüstanda banka hücum: 12 girov var

20-09-2022, 21:13

Gürcüstanın Kutaisi şəhərində silahlı şəxs banka hücum edib.
Gürcüstan Daxili İşlər Nazirliyi hadisə ilə bağlı məlumat yayıb.
Bildirilir ki, “Gürcüstan Bankı”nda 12 nəfər girov götürülüb.
“Hüquq-mühafizə orqanları onların sürətli və təhlükəsiz azad edilməsi üçün bütün lazımi tədbirləri görürlər”, - məlumatda deyilir.
Qeyd edək ki, soyğuncu üç saat ərzində ona 2 milyon dolların verilməsini istəyir.
İlkin ehtimala görə, cinayətkar bank filialında partlayıcı qurğu quraşdırıb.
***
Gürcüstanın Kutaisi şəhərində "Gürcüstan Bankı"nın yerli filialına silahlı hücum edən şəxs həbs edilib.
Gürcüstanın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Keti Kovziaşvili məlumat verib.
Onun sözlərinə görə, xüsusi əməliyyat uğurla başa çatıb və girovlar azad edilib.


İstifadəçi paneli