ABŞ bu ölkəyə 323 milyonluq silah satır

29-11-2022, 09:13

ABŞ Prezidenti Co Bayden Finlandiyaya 323 milyon dollarlıq silah satışını təsdiq edib.
Bu barədə Ağ Evdən məlumat verilib.
Ağ Ev Konqresi Finlandiya Hərbi Hava Qüvvələrinin qırıcılarını təchiz etmək üçün AGM-154 taktiki idarə olunan raketlərin satışının təsdiqi barədə məlumatlandırıb.
“Finlandiyaya müdafiə qabiliyyətini inkişaf etdirməyə kömək etmək ABŞ-ın milli maraqları üçün çox vacibdir”, - məlumatda qeyd olunub


İstifadəçi paneli