Rusiyada partlayış baş verdi

9-12-2022, 19:51

Rusiyanın Ryazan şəhərində ikimərtəbəli evdə məişət qazı sızması nəticəsində partlayış baş verib.
ASmedia.az xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Partlayış nəticəsində ev qismən uçub, dağıntılar altında insanların qaldığı bildirilir.
Ərazidə xilasedici qruplar çalışır.


İstifadəçi paneli