Oxşar xəbərlər
Filippində 6,8 bal gücündə zəlzələ baş verib.
Asmedia.az Trend-ə istinadən məlumatına görə, bu barədə ABŞ-ın Geoloji xidməti bildirib.
Məlumata əsasən, zəlzələ "UTC" vaxtı ilə saat 06:11-də qeydə alınıb. Yeraltı təkanların episentri Maqsaysay yaşayış məntəqəsindən 5 kilometr cənub-şərqdə, ocağı isə 28,2 kilometr dərinlikdə yerləşib.
Mümkün tələfatlar və dağıntılar barədə məlumat verilməyib, sunami təhlükəsi elan olunmayıb.