Oxşar xəbərlər
İranın şimal-qərbində 5,8 bal gücündə zəlzələ olub. “Asmedia.az”ın “TASS”a istinadən məlumatına görə, dağıdıcı yeraltı təkan nəticəsində azı 3 nəfər ölüb, 20 nəfər yaralanıb.
Zəlzələ Şərqi Azərbaycan əyalətində qeydə alınıb. Yeraltı təkanların episentri Təbrizdən 118 kilometr aralıqda yerləşib.
Qeyd edək ki, zəlzələ Azərbaycanın İranla sərhəd rayonlarında da hiss edilib.