Xoyda bir nəfəri sel apardı

17-07-2023, 14:12

İyulun 16-da Qərbi Azərbaycan əyalətinin Xoy mahalının Firoruq bölgəsində güclü yağışlardan sonra baş verən sel daşqını bir nəfərin həyatına son qoyub.

ASMedia xəbər verir ki, bu barədə Xoy şəhərinin fərmandarlığı məlumat yayıb.

Məlumata görə, sel nəticəsində, həmçinin, əkin sahələrinə ciddi ziyan dəydiyi və 100-dən çox mal-qaranın da tələf olduğu, Ağası və Miri kəndi kəndlərində 8 evin yararsız vəziyyətə düşdüyü bildirilib.


İstifadəçi paneli