Rusiyalı milyarder evində ölü tapıldı

21-07-2023, 17:40

Rusiyalı milyarder İqor Kudryakov Moskvadakı evində ölü tapılıb.

ASMedia.az xəbər verir ki, bu barədə məlumat yayılıb.

İlkin məlumatlara görə, milyarder onkoloji xəstəlik səbəbindən ölüb.

Qeyd edək ki, Kudryakov “Servis 77” qida və digər malların çatdırılması xidmətinin yaradıcısı olub, 2000-ci illərin əvvəllərində şirkətin direktorlar şurasına rəhbərlik edib. 2006-cı ildən sahibkar Moskva vilayətinin Dövlət Mənzil Müfəttişliyi Baş İdarəsinin rəisinin birinci müavini vəzifəsini tutub.


İstifadəçi paneli