İran ABŞ vətəndaşını həbs etdi

22-07-2023, 10:42


İran-ABŞ arasında məhbusların mübadiləsi ilə bağlı danışıqların aparıldığı bir vaxtda Tehran rejimimi daha bir amerikalını həbs edib.

ASMedia xəbər verir ki, bu barədə ABŞ-nın "Semafor" saytı məlumat yayıb.

Məlumatda həbs edilən ABŞ vətəndaşının kimliyi qeyd edilmədən onun İranda həbs edilən 4-cü Amerika vətəndaşı olduğu bildirilib.


"İran dördüncü Amerika vətəndaşını həbs edib. Bu da Bayden administrasiyasının məhbusların mübadiləsi və Tehranla gərginliyi azaltmaq səylərini çətinləşdirib”,- məlumatda qeyd edilib.




İstifadəçi paneli