İlk türkiyəli astronavtın Yerə qayıdışı təxirə salındı - FOTO

3-02-2024, 12:28

ASMEDİA-nın məlumatına görə, bu barədə “SpaceX” özünün “X” sosial media hesabında açıqlama verib.

Bildirilir ki, Florida sahillərində əlverişsiz hava şəraiti ilə əlaqədar “Dragon” və “Ax-3” ekipajı fevralın 5-dən əvvəl BKS-i tərk etməyəcək.

O da vurğulanıb ki, komandalar BKS-dən ayrılma planları ilə bağlı hava şəraitini izləməyə davam edəcəklər.

Xatırladaq ki, “Ax-3” komandasının kosmos missiyası dünən başa çatıb. Onlar bu gün Yerə çatmalı idilər.




İstifadəçi paneli