“Krokus” terrorunda erməni izi

23-03-2024, 13:19

VOMA (Voxj Mnalu Arvest – “Sağ qalmaq sənəti”) terror təşkilatıdır. Ermənistanda yaradılıb. Təlimçilər bilirsiniz hansı silah üzrə hazırlayıblar terrorçu erməniləri? Moskvada “Krokus Siti Holl”da insanlara atəş açanların istifadə etdiyi 7,62 mm-lik “Vepr” və 10,25 mm kalibrli “Sayqa” karabinləri ilə.

As Media xəbər verir ki, bu barədə tarixçi alim Zaur Əliyev qeyd edib.

O xatırladıb ki, indi bu silahlardan heç bir terror təşkilatı istifadə etmir - ermənilərin VOMA-sından başqa.

Alim VOMA-nın məhz bu silahlardan istifadəsini təsdiq edən materialı da paylaşımına əlavə edib.

Qeyd edək ki, “Krokus Siti Holl”da ötən gün baş verən terror hadisəsi nəticəsində 93 nəfər ölüb, 100-dən çox insan yaralanıb. Qeyri-rəsmi məlumata görə isə ölənlərin sayı 130-dan çoxdur.

Teraktın ardınca baş verən partlayış isə irimiqyaslı yanğına səbəb olub. “Krokus”un 12900 kv.m-lik ərazisini əhatə edən yanğın zamanı tavan da çöküb. Rusiya FHN yanğının artıq lokallaşdırıldığını bildirib.



İstifadəçi paneli