Norveç kralının keçmiş kürəkəni intihar etdi

26-12-2019, 22:41

Norveç şahzadəsi Marta Luizanın keçmiş həyat yoldaşı, yazıçı Ari Ben 47 yaşında intihar edərək həyatına son qoyub. Asmedia.az “Qafqazinfo”nun məlumatına görə, bu barədə “NRK” telekanalı mərhumun ailəsinə istinadən xəbər verib.
“Biz – Ari Benin ən yaxınları böyük hüznlə məcburuq bildirək ki, o, bu gün intihar edərək həyatına son qoyub. Biz gələcək müddətdə şəxsi həyatımıza hörmətlə yanaşmağı xahiş edirik”, - telekompaniya yazıçının ailəsi tərəfindən verilən açıqlamanı sitat gətirir.
Qeyd edək ki, Ari Ben şahzadə Marta Luiza ilə 2002-ci ildə ailə həyatı qurmuş, 2016-cı ildə boşanmışdı. Cütlüyün üç qız övladı var.
Ben 1972-ci ildə Danimarkada anadan olub. O, yazıçılıq karyerası boyu oxucularına bir neçə roman və kiçik hekayələr toplusu təqdim edib.
​​​​


İstifadəçi paneli