Sabahdan Yeni il tətili başlayır

30-12-2019, 11:14

Sabahdan Yeni il tətili başlayır. 
Asmedia.az-ın xəbərinə görə, Nazirlər Kabinetinin qərarına əsasən, iş və istirahət günlərinin ardıcıl olmasını təmin etmək məqsədilə 2019-cu ilin 28 və 29 dekabr istirahət günləri ilə 2020-ci ilin 3 və 6 yanvar iş günlərinin yerləri dəyişdirilib.
31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü, 1, 2 yanvar Yeni il bayramıdır. Gələn il 4, 5 yanvar tarixləri şənbə və bazar günlərinə təsadüf edir. Beləliklə, ölkədə 31 dekabr 2019-cu il - 6 yanvar 2020-ci il tarixlərində 1 həftə iş olmayacaq.


İstifadəçi paneli