Bakıda fasilələrlə yağış yağacaq, rayonlarda isə...

3-01-2020, 12:37

                   Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb.

Asmedia.az Milli.az-a istinadən bildirir ki,  Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verrilən xəbərə görə,   Bakıda və Abşeron yarımadasında gün ərzində fasilələrlə yağış yağacağı gözlənilir. Bəzi yerlərdə duman olacaq. Mülayim cənub küləyi əsəcək.
Havanın temperaturu  gecə 3-6° isti, gündüz  7-9° isti,
Bakıda  gecə 3-5° isti, gündüz  7-9° isti olacaq.
Atmosfer  təzyiqi normadan yüksək 770 mm  civə sütunundan 763 mm civə sütununa enəcək. Nisbi rütubət  70-80 % olacaq.   
Arabir  yağış, bəzi dağlıq və dağətəyi rayonlarda  qar  yağacağı gözlənilir. Bəzi şərq rayonlarında intensiv olacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman.  Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 1° şaxtadan 4°-dək isti, gündüz  5-9°  isti, dağlarda gecə 1-6° şaxta, gündüz  0-4° isti olacaq.


İstifadəçi paneli