Oxşar xəbərlər
Türkiyənin Kocaeli şəhərində bir şəxs ailəsi ilə gedərkən qəflətən özünü körpüdən atıb.
Asmedia.az xəbər verir ki, “Haberglobal”ın verdiyi məlumata görə, Yeni il məhəlləsi ərazisində U.G. adlı kişi yaxınları ilə gedən zaman qəfil körpünün kənarına çıxaraq tullanıb.
Altı metr məsafədən avtomobil yoluna atılaraq intihar etmək istəyən həmin şəxs ağır yaralanıb.
Bu vəziyyəti görən sürücülər avtomobillərini saxlayıblar.
Yaralı xəstəxanaya çatdırılıb, onun vəzziyyətinin ağır olduğu bildirilib.