Daxili İşlər Nazirliyində kadr dəyişikliyi həyata keçirildi.

12-01-2020, 14:42

Daxili işlər orqanlarında kadr dəyişikliyi həyata keçirilib.
Asmedia.az xəbər verir ki, BakuPost-un məlumatina əsasən, Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəis müavini, polis polkovniki Teyyub Müseyibovu tutduğu vəzifədən azad edilməsi barədə əmr imzalayıb.
Polkovnik yaş həddi ilə əlaqədar təqaüdə göndərilib.
T.Müseyibov bu vəzifəyə 2014-cü ildə təyin olunub.
Ona qədər isə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində məxfi şöbənin rəisi vəzifəsində çalışıb.


İstifadəçi paneli